"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Yunanıstanın gələn il üçün iqtisadi artım proqnozunu 5.3%-dən 4%-ə endirib.
"Margin.az" xəbər verir ki, bu barədə agentlik məlumat açıqlayıb.
Məlumata görə, qısa müddətdə dövlət borcunun ÜDM-ə nisbətinin aşağı salınmaması və koronavirusa yoluxma sayının artması reytinqin azalmasına səbəb olub.
Ölkənin bu il üçün iqtisadiyyatının 6% böyümsi gözlənilir. "Fitch" 2023-cü ildə iqtisadi artımın 3.5%-ə qədər yavaşlayacağını gözləyir.