“Fitch”:Türkiyə iqtisadiyyatı 10,5% böyüyəcək

Türkiyə iqtisadiyyatının artımı bir çox ölkəylə müqayisədə güclü olsa da, ölkədə adambaşına düşən gəlirin 2013-cü ildən bəri dollar ifadəsində azalma tendensiyası davam edir.
“Fitch”:Türkiyə iqtisadiyyatı 10,5% böyüyəcək
03 Dekabr-10:23

"Fitch Ratings" beynəlxalq rentinq agentliyi Türkiyənin bu il üçün iqtisadi böyümə proqnozunu 9,2%-dən 10,5%-ə yüksəldib.

"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, gələn il üçün ölkə iqtisadiyyatının böyümə proqnozu 3,5%-dən 3,6%-ə yüksəldilib. Türkiyə iqtisadiyyatının artımı bir çox ölkəylə müqayisədə güclü olsa da, ölkədə adambaşına düşən gəlirin 2013-cü ildən bəri dollar ifadəsində azalma tendensiyası davam edir.

Bundan əlavə, türk lirəsinin ucuzlaşmasının türk banklarının kredit profilləri ilə bağlı riskləri artırıb. Belə ki, bank sektorunun kreditlərinin 36%-ın xarici valyutada olduğu nəzərə alınsa, türk lirəsinin dəyər itirməsi aktivlərin keyfiyyət risklərini artırır