"Ford" 1,3 milyon avtomobilini geri çağırır

21 Mart-12:10

"Ford Motor" əyləc sistemində yaranan problemə görə ABŞ-da 1 milyon 280 min 726 avtomobilini geri çağıracaq.

"Margin.az" xarici mətbuata istinadən xəbər verir ki, geriçağırılma 2013-2018-ci illərdə istehsal olunmuş "Ford Fusion" və "Lincoln MTZ" model avtomobillərini əhatə edəcək.

Qeyd edilib ki, əvvəllər geri çağırılan 2015-2018-ci illərdə istehsal olunmuş "Ford Edge" və 2016-cı ildə buraxılan "Lincoln MKX" modellərində aşkar olunan problem SUV-lərin əyləcin işinə mane olurdu və eyni problem qeyd olunan sedanlara da təsir edə bilər. Bununla bağlı hazırda şirkət tədbir görməyə başlayıb.