Böyük Britaniyanın rəsmi valyutası funt sterlinq 1,13 dollara enib. Bu da 1985-ci ildən bəri ən aşağı səviyyədir.
Bu barədə "Margin.az" "The Times" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, dolların dəyər qazanmasına səbəb Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 75 baza bəndi (0,75%) artırmasıdır.