Gəmi ilə nə qədər sərnişin daşınıb?

Gəmi ilə nə qədər sərnişin daşınıb?
30 Yanvar-16:51

Dəniz nəqliyyatı ilə ötən il daşınmış yüklərin həcmi 7519,2 min ton təşkil edib. Bu da 2021-ci ilə nisbətən 37,5% çoxdur.

"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Hesabat dövründə yüklərin 43,7%-ni neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 11750,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10734,8 min tonunu və ya 91,4%-ni tranzit yüklər təşkil edibdir.

Cari ilin yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 369 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilə nisbətən 20,9% artaraq 21,4 min nəfər olub.