"Goldman Sachs": Süni intellektin geniş tətbiqi qlobal ÜDM-i 7% artıra bilər

29 Mart-16:22

Süni intellekt texnologiyalarının geniş şəkildə tətbiqi məhsuldarlığı artıra və qlobal iqtisadiyyatı sürətləndirə bilər. Beləliklə, süni intellektin geniş tətbiqi qlobal ümumi daxili məhsulu (ÜDM) 7% artıra bilər.

"Margin.az" xəbər verir ki, bu barədə "Goldman Sachs" investisiya bankının araşdırmasında qeyd olunub.

Məlumata görə, dünya üzrə şirkətlərin ən azı yarısı süni intellekt texnologiyalarını tətbiq etsə, növbəti onillikdə illik qlobal ÜDM 7% arta bilər. Bu, təxminən 7 trilyon dollara bərabərdir. Analitiklər qlobal miqyasda süni intellektin məhsuldarlığı ildə 1,4% bəndi artıracağını proqnozlaşdırırlar.