Dəmir yolu nəqliyyatı ilə yük daşınması 19% artıb

Dəmir yolu nəqliyyatı ilə yük daşınması 19% artıb
20 İyul-11:38

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-iyun aylarında 8.6 milyon ton yük, 2127,8 min sərnişin daşınıb.

Bu barədə “Margin.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 18,9%, sərnişin daşınmasında isə 90,8% artım müşahidə edilib.

Orta hesabla sutkada 308 vaqon yüklənmiş, 369 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.