Güclü yağış Çinə 11 milyon dollar ziyan vurub

Güclü yağış Çinə 11 milyon dollar ziyan vurub
20 İyul-13:42

Çinin Henan əyalətində davam edən şiddətli yağışlar 9,2 min hektardan çox əkin sahəsinə ziyan vurub.

"Margin.az" "Tass"a istinadən xəbər verir ki, həmin bölgəyə ümumilikdə, 73 milyon yuan (təxminən 11,3 milyon dollar) dəyərində ziyan dəyib.

Məlumata görə, iyulun 16-dan başlayan yağış 145 min nəfər sakinə ziyan verib. Bundan  əlavə, 10 mindən çox insan evakuasiya edilərək, təhlükəsiz bölgələrə köçürülüb.