Gürcüstana bu ilin aprel ayında səfər edən turistlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 184,9% artıb.
“Margin.az” xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyası məlumat yayıb.
-
Azərbaycanda turizmin hansı sahələri inkişaf edib?
-
Azərbaycan ilə İsrail ticarət və turizm sahəsində əməkdaşlığı müzakirə edib
Məlumata görə, Gürcüstan apreldə 244,3 min xarici turist qəbul edib və bununla da 2019-cu ilin göstəricilərini 37,7% bərpa edib.
Ümumilikdə, ilin əvvəlindən bəri Gürcüstana 820,8 min turist səfər edib ki, bu da 2021-ci eyni dövrü ilə müqayisədə 272,3% çoxdur.