Hansı ipoteka şərtləri mənzil almaq üçün daha uyğundur?

Hansı ipoteka şərtləri mənzil almaq üçün daha uyğundur?
13 Oktyabr-11:45

"Daşınmaz əmlak üçün ipoteka krediti müxtəlif formalarda verilir. Bəzi tikinti şirkətləri mənzilləri korporativ kreditlə, bank ipotekası ilə satır və faizləri illik 10%-dən başlayır. Dövlət ipotekası isə 2 formada verilir. Güzəştli ipoteka kreditləri 1-4%-dir, digəri isə illik 7-8%. Bundan əlavə, ipoteka krediti MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən verilir. Agentlik, illik 4%-lə tikdikləri binalarda sosial mənzillərin uzunmüddətli satışını təmin edir".

Bu barədə "Margin.az" daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda ən əlverişli kredit şərti, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun icarə öhdəliyi olan mənzillərin satışı layihəsidir: "Bu proqrama əsasən, vətəndaş ona təklif olunan binadan mənzil alır və 25 ilədək bu ərazidə müəyyən edilmiş kirayə qiyməti ilə illik 4%-lə və sığorta haqqı olmadan mənzil alır. Və bu layihədən faydalanmaq üçün rəsmi iş yerinə ehtiyac yoxdur. Kiçik biznes, sahibkarlıq sənətkarlıq və digər xidmət sahələrində çalışan vətəndaşlardan yalnız rəsmi vergi ödəmələri tələb olunur.

Mənzil qiymətlərinə gəlincə, hazırda Azərbaycanda, xüsusən də Bakıda mənzillərin qiyməti tez-tez dəyişir. Belə ki, bağ evləri 20 min manatdan bir neçə milyon manata qədər dəyişə bilər. Qiymət dəyişikliyində yer və infrastruktur böyük rol oynayır. Bakıdakı köhnə binalarda mənzillərin qiymətləri yeni tikililər və fərdi məznillərə nisbətən çox fərqlidir".