Hava nəqliyyatı ilə sərnişin daşınmaları 2 dəfədən çox artıb

Hava nəqliyyatı ilə sərnişin daşınmaları 2 dəfədən çox artıb
22 Sentyabr-18:37

Azərbaycanda bu ilin yanvar-avqust aylarında hava nəqliyyatı ilə 1433,7 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, daşımaların 99,6%-i dövlət, 0,4%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 6,2% azalaraq 299,1 min ton olub.