Hava taksisi üçün pilotsuz uçan aparat yaradılıb

Hava taksisi üçün pilotsuz uçan aparat yaradılıb
24 Oktyabr-12:29

Alman mühəndisləri 600 kiloqram yükü havaya qaldıra bilən innovativ dronu uğurla sınaqdan keçiriblər.

“Margin.az” RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Europulse” məlumat yayıb.

Tərtibatçıların fikrincə, cihaz kiçik təyyarələri əvəz edə və hava taksi xidmətləri göstərə bilir. Mütəxəssislərin fikrincə, dron iki-üç ildən sonra səyahətçilərlə birlikdə uçmağa başlaya biləcək. Bu müddət ərzində mühəndislər kabinəni daha rahat etməyi planlaşdırırlar.

Pilotsuz təyyarə 22 metr hündürlükdə qalxmaq və 40 kilometr məsafə qət etmək qabiliyyətinə malikdir. Proqramlaşdırılmış marşrut üzrə avtonom işləyir. Doldurmaq üçün elektrik tələb olunur.