Azərbaycanda bu ilin ilk 2 ayında həyatın yaşam sığortası üzrə 64,9 milyon manat sığorta haqqı toplanılıb.
"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 40% çoxdur.
-
Həyatın yaşam sığortası bazarı 45% böyüyüb
-
Həyatın yaşam sığortasına yatırımlar 111 mln. manatdan çox artıb
Məlumata görə, son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 4 dəfə artaraq 37,3 milyon manat olub.