Hikmət Hacıyev: “Azərbaycan dezinformasiya axınına qarşı mübarizədə Türkiyənin təcrübəsini öyrənməyə hazırdır”

Hikmət Hacıyev: “Azərbaycan dezinformasiya axınına qarşı mübarizədə Türkiyənin təcrübəsini öyrənməyə hazırdır”
23 Oktyabr-16:14

"Azərbaycan və Türkiyə prezidentlərinin sayəsində iki ölkə arasında əməkdaşlıq səviyyəsi görünməmiş səviyyəyə çatıb. Bu yüksək səviyyəni saxlamaq və gələcək nəsillərə ötürmək bizim tarixi borcumuzdur".

"Margin.az" Anadoluya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hacıyev iki qardaş ölkə arasında informasiya sahəsində də qarşılıqlı fəaliyyətin uğurlu olacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycan həm sosial şəbəkələrdə, həm də xarici mediada dezinformasiya axınına qarşı mübarizədə Türkiyənin təcrübəsini öyrənməyə hazırdır.