Himalay Məmişov Vətən müharibəsi qəhrəmanının ailə üzvləri ilə görüşüb

Himalay Məmişov Vətən müharibəsi qəhrəmanının ailə üzvləri ilə görüşüb
20 İyul-11:22

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri - Ağayev Ramil Ağarəhim oğlunun ailə üzvləri ilə görüşüb. Ramil Ağayevin ailəsinin sosial vəziyyəti öyrənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Margin.az"a  verilən məlumata görə, görüşdə ailəyə Vətən müharibəsi iştirakçıları, qazi və şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı bildirilib.

Əlavə edək ki, Ramil Ağayev 13.10.2020-ci il tarixdə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.