Çinin ən böyük smartfon istehsalçıları mövcud iqtisadi vəziyyət və Qərb ölkələrinin sanksiyaları fonunda Rusiyaya tədarükü azaldıblar.
“Margin.az” bu barədə “Financial Times”a istinadən xəbər verir.
Belə ki, “Huawei”, “Xiaomi” və “Oppo” şirkətlərinin Rusiyaya ixracı əhəmiyyətli dərəcədə azalıb.
Əlavə edək ki, Çin brendləri Rusiyanın smartfon bazarının təxminən 60%-ni təşkil edir.