IATA: “Beynəlxalq hava daşımalarının həcmi 2 dəfə artıb”

IATA: “Beynəlxalq hava daşımalarının həcmi 2 dəfə artıb”
17 May-14:53

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) gələn ilə qədər hava səyahətinin pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırır.

“Margin.az” xəbər verir ki bu barədə Assosiasiyanın baş direktoru Uilyam Uolş bildirib.

Onun sözlərinə görə, bu il beynəlxalq hava daşımalarının həcmi ötən ilin göstəriciləri ilə müqayisədə artıq iki dəfə artıb: “Biz inanırıq ki, gələn il sərnişin axını 2019-cu ilin səviyyəsinə qayıdacaq. Hətta göstəricilər pandemiyadan əvvəlki həcmləri də ötə bilər”.