İcbari Sığorta Bürosu avtomobilini təkrar hərraca çıxarır

İcbari Sığorta Bürosu avtomobilini təkrar hərraca çıxarır
22 May-14:54

"Əmlak Hərrac Mərkəzi" MMC-də mayın 26-da, saat 10:00-da İcbari Sığorta Bürosuna (İSB) məxsus əmlak hərraca çıxarılacaq.

"Margin.az" "Əmlak Hərrac Mərkəzi"nə istinadən xəbər verir ki, söhbət İcbari Sığorta Bürosuna məxsus "Lexus GS250" sedan avtomobilindən gedir.

Məlumata görə, avtomobilin ilkin hərrac qiyməti 42 500 manat, təkrar hərrac qiyməti 35 150 manat təşkil edib. Bu hərraca isə avtomobil 32 500 manata təklif olunub.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 1 625 manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.