“IEA”: Neftin qiyməti 36 dollara enəcək

“IEA”:  Neftin qiyməti 36 dollara enəcək
13 Oktyabr-09:38

Qlobal karbon neytrallığı siyasəti neftin qiymətini 2030-cu ilə qədər 36 dollara, 2050-ci ilə qədər isə 24 dollara endirəcək.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “World Energy Outlook 2021” hesabatında qeyd olunub.

Agentlik sıfır karbon emissiyası ssenarisi çərçivəsində neftin bir barelinin qiymətinin 24 dollara qədər enəcəyini proqnozlaşdırır. Hesabata əsasən, belə bir strategiyanın həyata keçirilməsi ilə dünyanın artıq yeni neft və qaz yataqlarına ehtiyacı olmayacaq.