“IEA”: İqlim dəyişikliyinin qarşısını almaq üçün təmiz enerji sərmayələri üç dəfə artmalıdır

2025-ci ildə fosil yanacaq tələbinin ən yüksək həddə çatacağı və 2050-ci ilə qədər isə qlobal karbon emissiyalarının 40% azalacağı gözlənilir.
“IEA”: İqlim dəyişikliyinin qarşısını almaq üçün təmiz enerji sərmayələri üç dəfə artmalıdır
13 Oktyabr-18:13

İqlim dəyişikliyinin qarşısını almaq üçün 2030-cu ilə qədər bərpa olunan enerj sektoruna yatırılan investisiyaların ən az üç dəfə artması və bu investisiyaların 70%-in inkişaf etməkdə olan ölkələrdə reallaşdırılması nəzərdə tutulur. Belə ki, bu ölkələrdə maliyyələşdirmə sıxdır və kapital inkişaf etmiş ölkələrə nisbətən yeddi dəfə bahadır.

"Margin.az" xəbər verir kibu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında qeyd olunub.

Məlumata görə, dünyada günəş və külək enerjisi, elektrikli avtomobillər və digər aşağı karbonlu texnologiyalar inkişaf etdikcə yeni bir enerji iqtisadiyyatı yaranır. Bununla birlikdə, təmiz enerji sahəsində irəliləyiş qlobal emissiyaları sıfıra endirmək üçün yetmir. Külək və günəş enerjisinə qoyulan investisiyalar artsa da, bu il kömür istehlakının kəskin artması karbon qazı tullantılarının illik ən böyük ikinci artımına səbəb ola bilər.

Hökumətlərin sıfır emissiya hədəfi ilə bağlı elan etdiyi öhdəliklərin vaxtında və tam şəkildə yerinə yetirildiyi ssenariyə görə, 2025-ci ildə fosil yanacaq tələbinin ən yüksək həddə çatacağı və 2050-ci ilə qədər isə qlobal karbon emissiyalarının 40% azalacağı gözlənilir. Bu ssenaridə qlobal temperatur artımının 2100-cü ilə qədər Selsi üzrə 2.1 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Bugünkü bütün öhdəliklərin yerinə yetirildiyi ssenarilərə görə, 2050-ci ilə qədər dünyada neft istehlakı gündəlik 100 milyon bareldən 75 milyon barelə enəcək.

Məlumata görə, sıfır karbon emissiya hədəflərinə çatmaq, külək turbinləri, günəş panelləri, batareyalar kimi sahələrdə 2050-ci ilə qədər 1 trilyon dollarlıq bazar yarada bilər.