IEA: “Qlobal neft hasilatı son 5 ayda ilk dəfə azalıb”

IEA: “Qlobal neft hasilatı son 5 ayda ilk dəfə azalıb”
14 Sentyabr-18:57

"İda" qasırğası səbəbilə ötən ay ABŞ-ın Meksika Körfəzində neft hasilatı 92% dayandırılıb. Buna görə də qlobal neft hasilatı son 5 ay ərzində ilk dəfə azalıb.

"Margin.az" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr hesabatında qeyd olunub.

Məlumata görə, ABŞ-ın Meksika körfəzində hasilatın dayandırılması nəticəsində 30 milyon barel neft hasil edilməyib. Bildirilib ki, "İda" qasırğası hələ də ABŞ və qlobal bazarlar üçün problem yaradır. Fırtınanın şiddətinə görə dənizdəki neft emalı zavodlarının bərpası yavaş şəkildə bərpa olunur.