IEA: “Vaksinasiya neft tələbini gündəlik 1.6 mln. barel artıracaq”

İda qasırğası səbəbilə ABŞ-ın Meksika Körfəzində hasilatın azalması fonunda qlobal neft tədarükü son beş ayda ilk dəfə azalıb.
IEA: “Vaksinasiya neft tələbini gündəlik 1.6 mln. barel artıracaq”
14 Sentyabr-15:35

Beynəlxalq Enerji Agentliyinin (IEA) COVID-19 pandemiyasının "delta" variantının yayılması və Asiyada pandemiya məhdudiyyətlərinin tətbiq edilməsi səbəbilə qlobal neft tələbinin azaldığını açıqlayıb.

"Margin.az" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, ölkələrdə vaksinasiya prosesinin sürətlənməsi ilə neftə olan tələbin artacağı gözlənilir. Belə ki, qlobal neft tələbinin oktyabr ayında gündəlik 1.6 milyon barel artacağı və ilin sonuna qədər artmağa davam edəcəyi proqnozlaşdırılır. IEA bu ilin dördüncü rübündən etibarən bazarda güclü bir artım olacağını ehtimal edir.

İEA "delta" variantının son aylarda yayılması səbəbilə bu il üçün qlobal neft tələbi proqnozunu endirərək gündəlik 105 min barel olacağını proqnozlaşdırsa da, 2022-ci il üçün təxminini gündəlik 85 min barel artırıb.

İda qasırğası səbəbilə ABŞ-ın Meksika Körfəzində hasilatın azalması fonunda qlobal neft tədarükü son beş ayda ilk dəfə azalıb.