İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) qlobal iqtisadi artım proqnozunu bu il üçün 2,2%-dən 2,6%-ə, gələn il üçün 2,7%-dən 2,9%-ə yüksəldib.
"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat açıqlayıb.
- Türkiyə İƏİT və "G20"də ən sürətlə böyüyən ikinci ölkə oldu
- İƏİT qlobal iqtisadi artımla bağlı proqnozunu azaldıb
Hesabata əsasən, ötən il qlobal iqtisadi artım Ukraynadakı müharibə, yüksək inflyasiya və Çindəki iqtisadi yavaşlama səbəbilə 3,2%-ə enib. Eyni zamanda, qurum bu il üçün ABŞ-ın iqtisadi artım proqnozunu 0,5%-dən 1,5%-ə yüksəldib, gələn il üçün isə 1%-dən 0,9%-ə endirib.
Hesabatda bildirilib ki, Avrozona iqtisadiyyatının bu il üçün iqtisadi artım proqnozu 0,5%-dən 0,8%-ə, gələn il üçün isə 1,4%-dən 1,5%-ə yüksəldilib. Agentlik Türkiyənin iqtisadi artım proqnozunu 3%-dən 2,8%-ə endirib, 2024-cü il üçün isə 3,4%-dən 3,8%-ə yüksəldib .