İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bu il üçün qlobal iqtisadi artımla bağlı proqnozunu 4,46%-dən 3%-ə endirib.
"Margin.az" xəbər verir ki, bu barədə qurumun "İqtisadi Perspektivlər" hesabatının iyun sayında qeyd edilib.
- İƏİT: "Dünya iqtisadiyyatının artım tempi 1% azala bilər"
-
İƏİT: “Qlobal iqtisadiyyat 5.7% böyüyəcək”
"Dünya iqtisadiyyatının böyüməsinə Rusiyanın Ukraynaya qarşı müharibəsi və Çinin COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətləri mənfi təsir göstərib. Rusiya-Ukrayna müharibəsindən əvvəl qlobal iqtisadiyyat qeyri-bərabər olsa da, güclü bərpa olunurdu" , - məlumatda deyilir.
Proqnozlara görə, gələn il dünya iqtisadiyyatı 2,8% böyüyəcək.