III Nobel Festivalı Azərbaycan, Özbəkistan və Qazaxıstanda keçiriləcək

III Nobel Festivalı Azərbaycan, Özbəkistan və Qazaxıstanda keçiriləcək
23 Oktyabr-15:01

III Nobel Festivalı 26-29 oktyabr tarixlərində "Gələcək bu gündür" mövzusunda keçiriləcək. Azərbaycan, Qazaxıstan, Özbəkistan studiyalarından bütün dünya üçün elm, biznes ulduzları ilə müzakirələrin və mühazirələrin açıq yayımı keçiriləcək.

“Margin.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu dəfə festival rəsmi olaraq üç ölkənin: Özbəkistan, Azərbaycan və Qazaxıstanın studiyalarından, həmçinin regional tərəfdaş universitetlərin saytlarında yayımlanacaq.