İlham Əliyev: “İslahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb”

İlham Əliyev: “İslahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb”
14 Sentyabr-14:46

"Biz bu gün aparılan islahatlar nəticəsində əldə edilmiş əlavə mənfəəti, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldirik".

"Margin.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad, Rəşad Tağıyevi isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin etməsi ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"İndi ilin 9-cu ayıdır. Ancaq şəffaflıq nəticəsində, islahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb və biz bunun böyük hissəsini yenə də insanların sosial müdafiəsinə yönəldirik", - deyə dövlət başçısı vurğulayıb.