İlon Mask: “Çin iqtisadiyyatı ABŞ-ı üstələyəcək”

İlon Mask: “Çin iqtisadiyyatı ABŞ-ı üstələyəcək”
07 Dekabr-16:37

Çin iqtisadiyyatının həcmi tezliklə ABŞ iqtisadiyyatının həcmini iki-üç dəfə üstələyəcək.

"Margin.az" xəbər verir ki, bu barədə "Tesla" elektrikli avtomobil şirkətinin rəhbəri İlon Mask deyib.

O bildirib ki, ABŞ uzun müddət dünyanın ən böyük iqtisadiyyatı olub: "İndi biz elə bir vəziyyətə yaxınlaşırıq ki, Çin iqtisadiyyatı, ehtimal ki, ABŞ iqtisadiyyatından iki-üç dəfə böyük ola bilər. Ümumiyyətlə, düşünürəm ki, biz maraqlı və yeni bir dünyaya doğru irəliləyirik".