İlon Maskın sərvəti 122 milyard dollardan çox azaldı

İlon Maskın sərvəti 122 milyard dollardan çox azaldı
21 Dekabr-13:18

"Tesla", "SpaceX" və "Twitter"in rəhbəri İlon Mask bu il təxminən 122,6 milyard dollar itirib. Bununla da o, 2021-ci ildə qazandığından daha çox itirib.

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, hazırda Maskın sərvəti təxminən 147,7 milyard dollar təşkil edir. Bu da son iki ilin ən aşağı səviyyəsidir. 

 

Məlumata görə, dekarın 20-də Maskın sərvəti "Tesla"nın səhmlərinin ucuzlaşması səbəbilə 7,7 milyard dollar azalıb. Hazırda Mask milyarderlər siyahısında ikinci sıradadır.