"Twitter"i aldıqdan sonra yaranan problemlər səbəbilə İlon Maskın sərvəti azalmağa davam edir.
Bu barədə "Margin.az" "Bloomberg"ə istinadən xəbər verir.
Dünyanın ən zəngin insanı olan İlon Maskın sərvəti noyabrın 21-də 8,6 milyard dollar azalıb. Beləliklə, Maskın sərvəti 169,8 milyard dollara enib. Bununla belə, o, "Bloomberg Milyarderlər İndeksi"ndə birinci yerini qoruyub.