İnformasiya və rabitə xidmətlərinin həcmi 15%-dən çox artıb

İnformasiya və rabitə xidmətlərinin həcmi 15%-dən çox artıb
20 Dekabr-18:45

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında informasiya və rabitə müəssisələri 2433,7 milyon manatlıq xidmət göstərib.

"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, xidmətlərin 73,3%-i əhaliyə göstərilib.

Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4% artıb. Xidmətlərdən əldə edilən gəlirin 38,9%-i və ya 947,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıbdır.