İngiltərə iqtisadiyyatı 0.4% böyüyüb

Enerji sektorunda logistika böhranı İngiltərədə hələ də davam edir.
İngiltərə iqtisadiyyatı 0.4% böyüyüb
13 Oktyabr-12:00

İngiltərə iqtisadiyyatı bu ilin avqust ayında iyul ayına nisbətən 0,4% böyüyüb.

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, iqtisadçılar 0,5%-lik artım gözləyib.

Milli Statistika İdarəsinin məlumatlarına görə, ölkə iqtisadiyyatı hələ də pandemiyadan əvvəlki dövrdən 0,8% aşağıdır. Xüsusilə enerji sektorunda logistika böhranı İngiltərədə hələ də davam edir.

Ölkədə sənaye istehsalı avqust ayında illik 3,7% artıb.