İngiltərədə mənzil qiymətləri son 13 ilin maksimumuna çatıb

İngiltərədə mənzil qiymətləri son 13 ilin maksimumuna çatıb
07 Dekabr-16:54

İngiltərədə bu ilin sentyabr-noyabr aylarında mənzil qiymətləri 8,2% bahalaşaraq 362 min dollar olub. Bu göstərici, 2006-ci ildən bəri ən yüksək səviyyədir.

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, ölkədə mənzil qiymətlərinin bahalaşmasına səbəb məşğulluğun artması və tarixən ən aşağı səviyyəli mənzil krediti faizləridir.