İnkişaf etməkdə olan ölkələrin bazarları borc böhranı yaşayır

İnkişaf etməkdə olan ölkələrin bazarları borc böhranı yaşayır
14 Sentyabr-10:55

"İnkişaf etməkdə olan ölkələrin bazarlarının təxminən dörddə biri və aşağı gəlirli ölkələrin 60%-i borc böhranı yaşayırlar".

"Margin.az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib.

"İnkişaf etməkdə olan ölkələrin bir çoxu ehtiyatlara sərmayə qoyduqları və müəyyən makroiqtisadi siyasət yürütdükləri üçün yaxşı işlər görürlər. Amma bu ölkələrin 25%-i borc böhranı içərisindədirlər. Təbii ki, bu rəqəm digər ölkələrlə müqayisədə xeyli azdır. Çin və digər iri kreditorlar vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsinin qarşısını almalıdırlar", - fondun rəhbəri bildirib.