İnkişaf etməkdə olan ölkələrin borcu son 10 ildə iki dəfədən çox artaraq ötən il 9 trilyon dollara çatıb.
"Margin.az" xəbər verir ki, bu barədə Dünya Bankı məlumat açıqlayıb.
- İnkişaf etməkdə olan ölkələrin bazarları borc böhranı yaşayır
-
UNCTAD: "İnkişaf etməkdə olan ölkələrin xarici borcu ödəmək üçün 310 mlrd. dollara ehtiyacı olacaq"
Məlumata görə, bu vəziyyət ölkələrin borc böhranına düşmək riskini artırıb. Bildirilib ki, ən yoxsul ölkələrin təxminən 60%-i borc böhranı ərəfəsindədir və ya artıq bu böhrana girib. Buna səbəb ilk növbədə valyuta bazarında bu ölkələrin valyutasının dollara nisbətdə ucuzlaşmasıdır.