Neft sənayesinə yatırılan investisiyalar 12 trilyon dolları ötəcək

Neft sənayesinə yatırılan investisiyalar 12 trilyon dolları ötəcək
01 Noyabr-14:42

Dünyada 2045-ci ilə qədər neft sənayesinə yatırılan ümumi investisiya 12,1 trilyon dollara çatacaq. 

"Margin.az" xəbər verir ki, bu barədə OPEC-in "Dünya Neft Görünüşü" hesabatında qeyd olunub.

Məlumata görə, neft hasilatına 9,5 trilyon dollar, emala 1,6 trilyon dollar, nəqliyyata 1 trilyon dollar investisiya yatırılmalıdır.

Hesabata əsasən, qlobal neft tələbi 2045-ci ilə qədər ötən illə müqayisədə gündəlik 13 milyon barel artaraq 110 milyon barel ola bilər. Neft tələbinin əsas artımı isə 2025-ci ilə qədər baş verəcək. Belə ki, 2025-ci ilə qədər neft tələbinin artımı gündəlik 2,1 milyon barel təşkil edəcək, 2025-2030-cu illər arasında isə 0,6 milyon barelə qədər azalacaq.

OPEC ekspertlərinin fikrincə, 2045-ci ilə qədər tələbat baxımından enerji resurslarının ən sürətlə artan növləri bərpa olunan enerji mənbələri olacaq. Belə ki, bu enerji növlərinə tələb gündəlik 31 milyon barel artacaq.