“iPhone 13” smartfonlarının istehsalı 10 mln. ədəd azalacaq

"Apple" dünyanın ən böyük çip alıcısıdır.
“iPhone 13” smartfonlarının istehsalı 10 mln. ədəd azalacaq
13 Oktyabr-10:42

"Apple" texnologiya şirkəti çip böhranı səbəbilə "iPhone 13" smartfonlarının istehsalını 10 milyon ədəd azaldacaq.

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə adlarını açıqlamayan mənbələr məlumat yayıb.

Məlumata görə, şirkət bu ilin son rübündə 90 milyon yeni "iPhone" modeli istehsal etməyi proqnozlaşdırır.

Əlavə edək ki, "Apple" dünyanın ən böyük çip alıcısıdır.