Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk 9 ayında 203 254 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.
"Margin.az" quruma istinadən xəbər verir ki, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17.3% çoxdur.
- Dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 41 mini ötdü
-
İpoteka Fondunun xətti ilə 40,8 min kredit verilib
Məlumata görə, Azərbaycanda qeydiyyata alınan ipoteka müqavilələrinin sayı da artıb.
Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 51.347 ipoteka müqaviləsi qeydiyyata alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39.5% çoxdur.