İpoteka və Kredit Zəmanət Fondunun tenderinə yekun vurulub

İpoteka və Kredit Zəmanət Fondunun tenderinə yekun vurulub
22 İyun-15:14

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin və ehtiyacının qiymətləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması üsullarının müəyyən olunmasına dair ictimai sorğunun keçirilməsi üzrə elan etdiyi tenderə yekun vurulub.

“Margin.az” xəbər verir ki, tenderin qalibi “Lider Property” MMC olub.

Əlavə edək ki, qalib şirkətə 28 min 800 manat ödəniləcək.