İran təyyarələrin 50%-dən çoxu uça bilmir

İran təyyarələrin 50%-dən çoxu uça bilmir
07 Dekabr-16:22

İrandakı təyyarələrin 50%-dən çoxu sanksiyalar səbəbilə təmir oluna bilmədiyi üçün uça bilmir.

"Margin.az" xəbər verir ki, bu barədə İran Hava Yolları Şirkətləri Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əli Rıza Berhor bildiirb.

Bildirilib ki, ölkədəki təyyarələrin 50%-dən çoxu mühərrik və digər ehtiyat hissələrinin tədarükünə qoyulan məhdudiyyətlər səbəbilə təmir oluna bilmir. İranda mövcud olan təyyarələrdən 170-i maliyyə imkanları olmadığı üçün uça bilmir və sanksiyalar səbəbilə lazımi ehtiyat hissələri alına bilmir.

İran rəsmisi xəbərdarlıq edib ki, proses belə davam edərsə, işləməyən təyyarələrin sayı artacaq və problem daha da böyüyəcək.

Əlavə edək ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar mülki aviasiya sektorunu da əhatə edir. Sanksiyalar səbəbindən İran sərnişin təyyarələri və təyyarə hissələrini idxal edə bilmir.