İranın xarici işlər naziri Azərbaycanla əlaqələrdən danışıb

İranın xarici işlər naziri Azərbaycanla əlaqələrdən danışıb
24 Oktyabr-12:00

"İran İslam Respublikası ilə Azərbaycan Respublikası müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələrdir".

"Margin.az" xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün tvitter hesabında yazıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli telefon danışığını xatırladan H.Ə.Abdullahian qeyd edib ki, iki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək.

"Həmkarım Cənab Ceyhun Bayramovla hərtərəfli əlaqələr üçün yol xəritəsi haqqında səmimi, səmimi və konstruktiv söhbət etdik. İki hökumət və iki xalq arasında münasibətlər qarşılıqlı hörmət kölgəsində inkişaf edir".