İranla ABŞ arasında nüvə sazişi üzrə danışıqlar davam edəcək

İranla ABŞ arasında nüvə sazişi üzrə danışıqlar davam edəcək
07 Dekabr-18:53

Nüvə sazişinin canlandırılması və ABŞ-ın razılaşmaya qayıtması ilə bağlı Vyana danışıqları dekabrın 9-da davam edəcək.

"Margin.az" xəbər verir ki, bu barədə İranın "Tesnim" agentliyi məlumat yayıb.

Məlumata görə, İran xarici işlər nazirinin müavini Əli Bakiri ilə Avropa İttifaqının (Aİ) baş katibinin müavini Enrike Mora arasında telefon danışığında müzakirələrin bərpası tarixi müəyyən edilib.

Bildirilib ki, ötən həftə keçirilən 5 günlük danışıqlardan sonra tərəflərin razılığa gələ bilməməsi səbəbilə yarımçıq qalan danışıqlar dekabrın 9-da davam etdiriləcək.