İraq “Lukoil”in “Qərbi Qurna-2” layihəsindəki payını saxlamasını istəyir

İraq “Lukoil”in “Qərbi Qurna-2”  layihəsindəki payını saxlamasını istəyir
13 Oktyabr-12:54

İraq “Lukoil”in “Qərbi Qurna-2” layihəsindəki payını saxlayacağına ümid edir və layihənin iqtisadi şərtlərini yaxşılaşdırmaq üçün danışıqlar aparır.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə İraqın neft naziri İhsan Abdel Caber deyib.

"Hazırda layihənin şərtlərini yaxşılaşdırmaq üçün Lukoil ilə danışıqlar aparırıq. Ümid edirik ki, onlar neft yatağındakı paylarını saxlayacaqlar"- , deyə o bildirib.