İsrail 529 min ton Azərbaycan nefti alıb

İsrail 529 min ton Azərbaycan nefti alıb
18 Mart-16:40

Azərbaycan bu ilin yanvar-fevral aylarında İsrailə 331,5 milyon dollar dəyərində 528,9 min ton neft ixrac edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni ayları ilə müqayisədə həcm baxımından 22,6%, dəyər baxımından isə 73,9 milyon dollar çoxdur.

Məlumata görə, hesabat dövründə İsrail Azərbaycandan ən çox neft idxal edən 2-ci ölkə olub.

Əlavə edək ki, yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi 334,1 milyon dollar təşkil edib.