Azərbaycan ötən il İsrailə 1 milyard 672 milyon dollar dəyərində 2,2 milyon ton neft ixrac edib.
"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə həcm baxımından 33,8%, dəyər baxımından isə 784,8 milyon dollar çoxdur.
- Azərbaycan neftinin İsrailə ixracı 2.2 dəfə artıb
-
Azərbaycanla İsrailin ticarət dövriyyəsi 790 milyon dollar artıb
Məlumata görə, hesabat dövründə İsrail Azərbaycandan ən çox neft idxal edən 2-ci ölkə olub.
Əlavə edək ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 728 milyon dollar təşkil edib.