İsşizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti ləğv edilir

İsşizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti ləğv edilir
07 Dekabr-16:02

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir.

"Margin.az" xəbər verir ki, dəyişiklik layihəsində işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi təklif olunur.

Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.

Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasına tövsiyə edilib.