İstehlak kreditlərinə tələb artacaqmı?

İstehlak kreditlərinə tələb artacaqmı?
21 Sentyabr-19:15

Banklar üçüncü rübdə istehlak kreditlərinə olan tələbin artacağını gözlədiklərini bildiriblər.

"Margin.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Kreditləşmə fəaliyyətinə dair sorğu"sunun nəticəsində bildirilib.

Məlumata görə, iri banklar əsasən kredit kartlarına, digər banklar isə əməkhaqqı kreditlərinə tələbin artmasını proqnozlaşdırıblar.

Bildirilir ki, son rüb ərzində istehlak kreditləri üzrə tələbin əsas artımı əməkhaqqı kreditləri və kredit kartları üzrə qeydə alınıb. İri banklar üzrə bu göstərici daha yüksək olub.