İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası təsis edilib

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası təsis edilib
22 Sentyabr-11:22

İsveçrənin Cenevrə şəhərində İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) təsis konfransı keçirilib.

"Margin.az" Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, tədbirdə hər iki ölkədən palataya üzv olan şirkətlərin, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə palatanın yeni strukturu təsdiqlənib, idarə heyəti və palataya yeni üzvlər seçilib, qarşıdakı dövrdə palata çərçivəsində görüləcək işlər müzakirə edilib, SACCI-yə üzv olan Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlər təşkil edilib.