İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı mövqeyini qoruyur

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı mövqeyini qoruyur
18 Mart-15:00

Azərbaycan və İtaliya arasında bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəsi 1,4 milyard dollar dəyərində olub.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin 2 ayı ilə müqayisədə 55,2% azdır.

Hesabat dövründə Azərbaycan İtaliyaya 1,3 milyard dollarlıq mal ixrac edilib, bu ölkədən isə 73,6 milyon dollarlıq mal idxal edib.

Bununla da İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı mövqeyini qoruyub.