İtaliya Rusiyadan neft idxalını dayandırdı

İtaliya Rusiyadan neft idxalını dayandırdı
03 Fevral-18:18

İtaliya ötən ilin dekabr ayında ümumi neft idxalını aylıq bazda 12,2% artıraraq 5,5 milyon tona çatdırıb. Avropa ölkəsi Rusiyadan neft idxalını isə tamamilə dayandırıb.

"Margin.az" xəbər verir ki, bu barədə İtaliyanın Ekoloji Keçid Nazirliyi məlumat açıqlayıb.

Hesabat dövründə Azərbaycan İtaliyanın əsas neft tədarükçüsü (854 min ton) olub. Lakin əvvəllər əsas ixracatçılar sırasında olan Rusiya isə bu siyahıdan çıxıb.

İtaliya ötən il ümumillikdə 62,5 milyon ton neft idxal edib ki, bunun da 12,1 milyon tonu Rusiyadan alınıb (ümumi tədarükün 18,5%-i).

Əlavə edək ki, Azərbaycan ötən il İtaliyaya 6.6 milyard dollar dəyərində 8.9 milyon ton neft ixrac edib. Hazırda İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük neft idxalçısıdır.