İtaliya şirkəti investisiya cəlb edərək yeni bazara çıxır

İtaliya şirkəti investisiya cəlb edərək yeni bazara çıxır
19 İyul-11:41

İtalyan lüks mal istehsalçısı "Ermenegildo Zegna" ixtisaslaşmış birləşmə və satın alma şirkəti SPAC ilə birləşərək yeni bazara çıxır. Razılaşma çərçivəsində şirkətin dəyəri 3.2 milyard dollar olaraq qiymətləndirilir.

"Margin.az"ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, şirkət Avropanın özəl investisiya şirkəti "Investindustrial" tərəfindən yaradılan SPAC ilə birləşərək 880 milyon dollar qazanacaq.

Müqavilədən əldə olunan vəsaitin bir hissəsi "Zegna"nın kişi geyimləri biznesinə sərmayə qoymağa davam etməsinə və şirkətə başqa markaların satın alınması üçün axtarış imkanı verməsinə imkan verəcəkdir.

Razılaşmanın bir hissəsi olaraq "Zegna" sahibləri paylarının bir hissəsini satacaqlar və nizamnamə kapitalı 2,5 milyard dollar olaraq qiymətləndirilən birləşmiş şirkətin 62 faizini özlərində saxlayacaqlar.

Əlavə edək ki, ötən il  "Zegna"nın birləşdiyi şirkət olan "Investindustrial Acquisition Corp'"un yatırımlarından təxminən 400 milyon dollar, açıqlanmayan özəl investorlardan da 250 milyon dollar toplanıb.